Qəbul ballarının taleyi ikinci imtahandan asılıdır - Ekspert DANIŞDI

 17:23 25.06.2026     1587

Ötən gün 1 və 4-cü qrupların blok imtahanlarının birinci cəhdinin nəticələri açıqlanıb.  1-ci ixtisas qrupu üzrə ən yüksək balı 5 nəfər, 4-cü ixtisas qrupu üzrə isə ən yüksək balı 2 nəfər toplayıb.

Bəs ali təhsil müəssisələrinə qəbul zamanı ballar necə dəyişə bilər?

Təhsil eksperti Sevinc Purkeştasib Redaktor.az-a bildirdi ki, bu il buraxılış fənləri üzrə maksimum nəticə göstərən abituriyentlərin sayı çox az olub:

"Ötən illərdə bu say 49-53 nəfər arasında idisə, bu il demək olar ki, 13 nəfər səviyyəsindədir. Bu da birbaşa ondan dəlalət edir ki, qəbul imtahanlarında göstərici aşağı səviyyədədir və nəticələr aşağı olduğuna görə balların nisbətən zəif ixtisaslarda düşmə ehtimalı var. Təbii ki, bunu yüksək perspektivli, populyar ixtisaslara şamil etmək olmaz. Hüquq, tibb, informasiya texnologiyaları və informatika yönümlü ixtisaslara bu fikri şamil etmək mümkün deyil. Birinci şansın nəticələrinə baxdıqda belə, nəticələrin çox zəif olduğu aydın şəkildə görünür. Düşünürəm ki, bu nəticələrlə qəbul imtahanında balların düşmə ehtimalı var və bu, gözlənilən haldır".

170594

Müsahibimiz vurğuladı ki, ikinci şans imtahanı keçirildikdən və nəticələri elan olunduqdan sonra daha dəqiq məlumat vermək olar:

"Nəticədə qəbul imtahanlarında iştirak etmiş abituriyentlərin sayında ötən illə müqayisədə demək olar ki, ciddi bir dəyişiklik yoxdur. Deməli, say eyni olaraq qalır. Buradan da birbaşa qənaətə gəlmək olur ki, balların artmasında heç bir ehtimal gözlənilmir. Əsas nəticəyə isə ikinci şans imtahanının nəticələri elan olunduqdan sonra gəlmək olar".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən