Kiçik ofis, xarici bayraqlar və böyük vədlər – Ekspert bu şirkətləri İFŞA ETDİ

 18:11 26.06.2026     5341

"Xaricdə təhsillə bağlı o qədər lazımsız, mənasız və manipulyativ xarakterli reklamlar var ki, onları sadalamaqla bitməz. "Az balla qəbul" fikri absurddur. Çünki bəzi xaricdə təhsil şirkətləri ümumiyyətlə bal tələb etmədən, sadəcə "attestatın varsa, gəl" prinsipi ilə fəaliyyət göstərirlər".

Bu barədə Redaktor.az-a açıqlamasında AzEdu Təhsil Platformasının icraçı direktoru, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirdi.

Onun sözlərinə görə, xaricdə təhsil yalnız bizim ali məktəblərə qəbul ola bilməyən, hətta ən aşağı balla qəbul aparan özəl universitetlərə belə düşə bilməyən şəxslərin müxtəlif yollarla qardaş Türkiyəyə və digər qonşu ölkələrə göndərilməsi demək deyil:

"Xaricdə təhsilin çox ciddi və keyfiyyətli istiqamətləri var. Tam səmimi deyim ki, bir vaxtlar peşə təhsilinə necə dırnaqarası baxırdıqsa, indi də müəyyən mənada xaricdə təhsilə elə münasibət formalaşdırılır. Deyirdilər ki, "əşi, peşədir də, kimə lazımdır?" Şükürlər olsun ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi bu stereotipi tamamilə aradan qaldırdı və bu gün peşə təhsili artıq sanballı görünür. Təəssüf ki, xaricdə təhsilə münasibətdə də bu cür işbazların sayəsində oxşar yanlış təsəvvür yaranıb. Bəli, bu gün öz işini yüksək səviyyədə görən, xarici universitetlərlə rəsmi nümayəndəlik prinsipi əsasında əməkdaşlıq edən və tələbə qəbulunu peşəkar şəkildə həyata keçirən yaxşı şirkətlərimiz də var. Həmin şirkətlərdə çox savadlı mütəxəssislər çalışırlar. Amma onların sayı çox deyil. Bir də görürsən ki, kimsə kiçik bir ofis tutur, ora müxtəlif ölkələrin bayraqlarını və simvollarını düzür, bir resepsiyon yaradır və ixtisas seçiminin nəticələri açıqlanandan, yəni insanlar universitetə qəbul ola bilməyəndən sonra fəaliyyətə başlayır. Belə olmaz. Ona görə də sevindirici haldır ki, hüquq-mühafizə orqanlarımız belə şəxslərlə bağlı lazımi tədbirləri görüblər. Hesab edirəm ki, bu cür halların qarşısı gələcəkdə də eyni qaydada alınacaq".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən