Göyçaylı müəllim sertifikasiyada 57 bal TOPLADI
Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində Göyçay rayon Potu kənd Mübariz Məmmədov adına tam orta ümumitəhsil məktəbin texnologiya müəllimi Gülmayə Rəsulova yüksək nəticə göstərib.
Redaktor.az xəbər verir ki, müəllim Gülmayə Rəsulova sertifikatlaşdırmanın test imtahanı mərhələsində 57 bal toplayıb.
Gülmayə Rəsulovanı bu uğuru münasibətilə təbrik edir, ona gələcək pedaqoji fəaliyyətində yeni nailiyyətlər və uğurlar arzulayırıq.
Aminə ŞAHSUVARQIZI













