91 mindən çox müəllimin maaşına əlavə edilib - Nazir AÇIQLADI

 10:16 30.06.2026     499

“Sertifikasiyadan sonra 104 435 müəllimdən 60 818 nəfəri əməkhaqqına 10 faiz əlavə alıb. 30 590 nəfər isə əməkhaqqına 35 faiz əlavə alıb. Ümumilikdə 91 408 müəllimin əməkhaqqına əlavə edilib”.

Redaktor.az xəbər verir ki, bu fikirləri ADA Universitetində keçirilən “Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda tədbirdə çıxışı zamanı elm və təhsil naziri Emin Əmrullayev səsləndirdi.

“Hər iki cəhddə uğur qazana bilməyən 9 334 nəfərin işinə xitam verilib. Bir neçə yüz müəllimimiz var ki, ilk uğursuzluqdan sonra ərizə yazaraq işdən ayrılıblar. Ümumilikdə 10 mindən bir qədər artıq müəllim birinci və ikinci mərhələlərdə uğursuz olub.

Bir qisim müəllimimiz var ki, bu il sertifikasiyada iştirak ediblər. İlk dəfə sertifikasiyada iştirak edib uğur qazana bilməyənlər də var”.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən