"MİQ müəllimlərinin sertifikatlaşdırma nəticələri daha yüksəkdir" - Emin Əmrullayev
"MİQ imtahanından keçən müəllimlərin sertifikatlaşdırma nəticələri daha yüksəkdir".
Redaktor.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində keçirilən “Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil” mövzusunda tədbirdə çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, MİQ imtahanında 30-40 bal toplayaraq işə qəbul olunan 7 960 müəllim sertifikatlaşdırmada orta hesabla 48 bal, 41-50 bal toplayan 9 886 müəllim orta hesabla 51 bal, 51-60 bal nəticə göstərən 5 531 müəllim isə sertifikatlaşdırmada orta hesabla 52 bal toplayıb.
“Ümumilikdə 23 377 mərkəzləşdirilmiş qaydada işə qəbul olunan müəllimin sertifikatlaşdırma üzrə orta göstəricisi 51 bal təşkil edib”.
Onun sözlərinə görə, müqayisələr göstərir ki, MİQ imtahanından keçərək işə qəbul olunan müəllimlərin sertifikatlaşdırma üzrə orta nəticəsi 51 bal olduğu halda, MİQ-də iştirak etməyən müəllimlər üzrə bu göstərici 42 bal olub.
Aytəkin TOFİQQIZI













