Nazir məktəblərdə telefon qadağasından DANIŞDI

 11:49 30.06.2026     2093

“Məktəblərdə smartfon onsuz da qadağan olunub. Söhbət dərs vaxtı telefonla danışmaqdan və istifadədən gedir. Bu an müəllim nə etməlidir? Qayda olmalıdır ki, bu, tənzimlənsin”.

Redaktor.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında ötən gün imzaladığı məktəblərdə telefondan istifadə ilə bağlı qərardan danışarkən bildirdi.

“Mahiyyət çox sadədir ki, uşaq gətirdiyi telefonu dərs vaxtı istifadə edə bilməz. Çıxılmaz vəziyyət olarsa, onsuz da uşaq bayıra çıxa bilir.

“Dərsdə telefon olmaz” anlayışı o demək deyil ki, uşaq həyatı boyu telefondan istifadə edə bilməz”, - deyə nazir qeyd etdi.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən