“Müəllimə yazıq kimi baxılmamalıdır...” - Emin Əmrullayev

 14:03 30.06.2026     1296

“Mənim qaydaları qiymətləndirmək seçimim yoxdur. Dövlət belə işləmir. Elm və Təhsil Nazirliyi də, işçi də düşünür ki, əməkhaqqı nə qədər artsa, bir o qədər yaxşı olar. Amma müəyyən edilmiş büdcə siyasəti var. Ölkədə başqa peşələr də var. Təkcə müəllimlərdən söhbət getmir”.

Redaktor.az xəbər verir ki, bu fikirləri ADA Universitetində keçirilən “Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda tədbirdə çıxışı zamanı elm və təhsil naziri Emin Əmrullayev səsləndirdi.

“Bakıda və bölgələrdə xeyli repetitorumuz var ki, aylıq gəlirləri ölkədəki orta əməkhaqqından qat-qat yüksəkdir. Müəllim yazıq deyil. Bizim müəllimlərimiz qürurlu insanlardır. Məncə, yazıqlıq məsələsi keçmişdə qalıb. Növbəti nəsil müəllimlərimiz özlərini yazıq kimi görməməlidirlər. Niyə yazıq olsunlar ki? Ətrafdakılar da onlara yazıq kimi baxmamalıdırlar. Gəlin onlara qürurla baxaq. Müəllim repetiroluq edirsə, yaxşı edir. Nə müəllimin özünü yazıq kimi göstərməsi, nə də cəmiyyətin ona elə baxması düzgün deyil”.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən