"Emin Əmrullayevin təhsilə verdiyi ən böyük töhfələrdən biri sertifikasiya imtahanıdır"

 11:08 01.07.2026     825

Ötən gün ADA Universitetində keçirilən “Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev sertifikasiya imtahanlarından, imtahanların nəticələrindən və ümumi əhəmiyyətindən bəhs edib. Sertifikasiya isə cəmiyyətdə geniş müzakirə mövzusu olan məsələlərdən biridir və imtahanla bağlı fikirlər müxtəlifdir.

Redaktor.az xəbər verir ki, təhsil eksperti Ramin Nurəliyev sertifikasiya imtahanları ilə bağlı fikrini feysbuk hesabında paylaşıb.

"Elm və təhsil naziri Emin Əmrullayevin Azərbaycan təhsilinə verdiyi ən böyük töhfələrdən biri də sertifikasiya imtahanıdır. Biz sertifikasiyanın təhsilimizə olan faydasını 5-10 il sonra rahat müşahidə edəcəyik. Emin müəllim yuxarı siniflərin tədris planını qəbul proqramına uyğunlaşdırarsa, dərsliklərin dəyişməsini təmin edərsə, xalqın rəğbətini daha çox qazanar. Bu gün nə qədər yenilik edirsənsə et, vətəndaş cibindən təhsilə pul tökürsə, onu razı salmaq çətin məsələdir", - deyə ekspert qeyd edib.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən