"Şagirdlərin idmana, mədəniyyətə, incəsənətə dəyər verməsi sevindiricidir" - Firudin Qurbanov

 15:26 01.07.2026     498

"İnformasiyanın həddindən artıq olduğu bu dövrdə uşaqların intellektual oyunlarla məşğul olmaları çox əhəmiyyətə malikdir".

Redaktor.az xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Firudin Qurbanov  Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilən “BilBacar” müsabiqəsinin 2025/2026-cı tədris ili üzrə qaliblərinin mükafatlandırılması tədbirində səsləndirdi.

O vurğuladı ki, nə qədər ağlın olması əhəmiyyətli deyil:

"Əsas o ağıldan yaxşı istifadə etməkdir. Şagirdlərin idmana, mədəniyyətə, incəsənətə dəyər verməsi sevindirici haldır".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən