Azərbaycanda müəllim vəfat etdi - FOTO
Qusar şəhər Elxan Güləliyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Təranə Pirimova dünyasını dəyişib.
Redaktor.az xəbər verir ki, bu barədə məktəbin feysbuk hesabında paylaşım edilib.
O, uzun müddət məktəbdə riyaziyyat müəllimi kimi fəaliyyət göstərib.
Onun xərçəng xəstəliyindən vəfat etdiyi bildirilir.













