"Sertifikasiya müəllimlərin daha peşəkar inkişafı üçün vacib bir prosesdir" - 60 bal yığan MÜƏLLİM

 16:35 06.07.2026     1178

Məlum olduğu kimi, iyunun 18-də dövlət ümumi təhsil müəssisələrində çalışan təsviri incəsənət müəllimlərinin sertifikasiya imtahanı keçirilib. İmtahanda iştirak edənlər arasında Sumqayıt şəhər 4 nömrəli tam orta məktəbin təsviri incəsənət müəllimi Leyla Nuriyeva da olub. O, imtahanda maksimal nəticə - 60 bal toplayaraq ən yüksək nəticə göstərən müəllimlər sırasında yer alıb.

Leyla müəllim Redaktor.az-a açıqlamasında bildirdi ki, imtahanda çox həyəcanlı olub:

"Mən ilk dəfə idi sertifikasiya imtahanında iştirak edirdim, düzü çox həyəcanlı idim. Düşünürəm ki, sertifikasiya müəllimlərin daha peşəkar inkişafı üçün vacib bir prosesdir. Bu imtahanın önəmi müəllimləri öz biliklərini yeniləməyə, çatışmayan tərəflərini görməyə və ən əsası öz üzərlərində daha çox çalışmağa həvəsləndirir. Müəllim daim öyrənməyə və inkişaf etməyə təşviq olunur. Bu isə şagirdlərin təhsilinə, dərslərin keyfiyyətinə təsir göstərir".

Onun fikrincə, bu imtahan müəllimlərin güclü tərəflərini görməyə, eyni zamanda inkişaf etməli olduqları sahələri görməyə kömək edir.

"Digər bir məqam isə müəllimin əməyinin qiymətləndirilməsi və əməkhaqqının artması motivasiyanı yüksəldir", - deyə L.Nuriyeva əlavə etdi.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən