Bağçalara elektron qəbul BAŞLADI - YENİLƏNİB

 11:00 07.07.2026     5191

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul prosesinə start verilib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Redaktor.az-a verilən məlumata görə, bu gün saat 11:00-dan etibarən regional təhsil idarələrinin və Naxçıvan Muxtar Respublikasının tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün elektron növbələrin yaradılmasına başlanılıb.

Bildirilib ki, 2021 və 2022-ci il təvəllüdlü uşaqlar üçün növbələr saat 11:00-da, 2023, 2024 və 2025-ci il təvəllüdlü uşaqlar üçün isə saat 15:00-da aktiv olacaq.

Bu il ilk dəfə olaraq məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi myGov platforması üzərindən həyata keçiriləcək. Valideynlər və ya digər qanuni nümayəndələr qeyd olunan tarixlərdə myGov kabinetinə daxil olaraq "Xidmətlər" bölməsində Elm və Təhsil Nazirliyinin "Məktəbəqədər təhsil müəssisələrinə qəbul" xidmətini seçməklə elektron müraciətlərini edə bilərlər.

Qeyd edək ki, Bakı şəhərində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün elektron növbələrin yaradılmasına isə 9 iyul 2026-cı il saat 11:00-dan başlanılacaq.

***

Bu gün saat 11:00-dan etibarən regional təhsil idarələri və Naxçıvan Muxtar Respublikasının tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə elektron növbələrin yaradılması prosesi başlayır.

Bu barədə Redaktor.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün elektron növbələr isə iyulun 9-u saat 11:00-dan aktiv olacaq.

2021 və 2022-ci il təvəllüdlü uşaqlar üçün növbələr saat 11:00-da, 2023, 2024 və 2025-ci il təvəllüdlü uşaqlar üçün isə saat 15:00-da aktivləşdiriləcək.

Qeyd edək ki, bu ildən etibarən məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi ilk dəfə olaraq “myGov” platforması üzərindən həyata keçiriləcək.

Valideynlər və ya qanuni nümayəndələr qeyd olunan tarixlərdə “myGov” kabinetinə daxil olaraq “Xidmətlər” bölməsində Elm və Təhsil Nazirliyinin “Məktəbəqədər təhsil müəssisələrinə qəbul” xidmətini seçməklə elektron müraciətlərini edə bilərlər.

Vumart və Güvən reklamı Vumart Güvən