Peşə məktəbləri artıq universitetləri də qabaqlayır - AÇIQLAMA

 18:01 08.07.2026     849

"Peşə təhsilinə olan maraq ildən-ilə artır ki, bunu da yalnız müsbət tendensiya kimi dəyərləndirmək olar. Artıq son 10 illikdə peşə təhsili özünün ictimai rakursdan formal, kimsənin diqqət yetirmədiyi seqment qəlibindən çıxaraq, öz mahiyyətini tam dolğun şəkildə yansıtmağı bacarıb. Bu istiqamətdə Elm və Təhsil Nazirliyi, həmçinin, onun tabeliyində olan Peşə Təhsili üzrə Dövlət Agentliyinin də xidmətləri hədsiz çoxdur".

Bunu Redaktor.az-a açıqlamasında AzEdu Təhsil Platformasının icraçı direktoru, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri peşə təhsilinə qeydiyyatın açılmasından danışarkən bildirdi.

O qeyd etdi ki, dövlətin peşə təhsilinin inkişafı istiqamətində atdığı addımlar qısa müddətdə öz müsbət həllini tapmış oldu:

"Təsadüfi feyil ki, artıq son bir neçə ildə peşə təhsil müəssisələrinə qeydiyyat artıq 3 mərhələdə aparılır. Deyim ki, hətta 3 mərhələdən sonra da peşə məktəblərinə maraq göstərənlər az olmur. Bütün bunların bir səbəbi var: peşə təhsil seqmenti artıq özünün praktikiliyini, sırf bu istiqamətdən faydalılığını təlqin edə bilib. Müxtəlif layihələr, memerandumlar, DUAL təhsil proqramı, peşə təmayüllü siniflər kimi layihələr öz sözünü qısa zamn ərzində deməyi bacardı. İstehsalat müəssisələri ötənlərin tam əksinə olaraq artıq özləri peşə təhsil müəssisələrinə kadr üçün müraciət etməyə, onları ilkin mərhələdə stajçı olaraq işə dəvət etməyə başladılar. Ən maraqlısı da budur ki, təkcə paytaxt yox, həm də regionlardakı peşə təhsil müəssisələri istehsalatla əməkdaşlıqda heç də geri qalmadılar. Bu baxımdan, iş dünyasına inteqrasiyanın tezliyi üzündən peşə təhsil seqmenti təhsilin digər pillə və səviyyələri, digər növlərini xeyli dərəcədə qabaqlayır. Bu, üstünlük özünü universitetlərin də üzərində göstərmiş oldu".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən