MİQ namizədlərinin gözlədiyi sual: Fənlər üzrə imtahan cədvəli nə vaxt açıqlanacaq? - CAVAB
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İmtahan və qiymətləndirmə şöbəsinin müdiri Nurlan İsmayılbəyli bildirib ki, müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsinə iyulun 14-dən start verilməsi nəzərdə tutulur.
İmtahanların başlamasına sayılı günlər qaldığı bir vaxtda namizədləri maraqlandıran əsas məsələlərdən biri fənlər üzrə imtahan cədvəlidir. Belə ki, hansı fənn üzrə imtahanın hansı tarixdə keçiriləcəyi və bu cədvəlin nə vaxt açıqlanacağı müəllimlərin ən çox ünvanladıqları suallar sırasındadır.
Mövzu ilə bağlı Redaktor.az-ın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirildi ki, imtahanların tarixi mərhələli şəkildə elan ediləcək:
"Hələlik elan etməyi nəzərdə tutduğumuz məlumatları paylaşmışıq. Digər məlumatlar mərhələli şəkildə elan ediləcək".
NURİYYƏ













