İmtahanda mobil telefonla tutulan abituriyentlər necə aşkarlanır? - DİM məsələyə aydınlıq gətirdi

 16:33 13.07.2026     984

Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi imtahanlardan sonra tez-tez məlumat verilir ki, müəyyən sayda iştirakçıda mobil telefon aşkar olunub. Məsələn, ötən gün keçirilən blok imtahanında 12 nəfərdə mobil telefon müəyyən edildiyi bildirilib.

Mobil telefonlar əsasən imtahan başlamazdan əvvəl keçirilən yoxlama zamanı aşkarlanır, yoxsa imtahan prosesi zamanı nəzarətçilər tərəfindən müəyyən edilir? Əgər abituriyent imtahana tək gəlibsə və telefonunu kənarda qoymağa imkanı yoxdursa, imtahan binasına daxil olmamışdan əvvəl mobil telefonunu müvəqqəti olaraq təhvil verə biləcəyi hər hansı rəsmi mexanizm və ya məsul şəxs nəzərdə tutulubmu?

Redaktor.az məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinə (DİM) sorğu ünvanladı. Sorğuya cavab olaraq bildirildi ki, mobil telefonlar bəzən girişdə yoxlama zamanı aşkarlanır:

"Bəzən isə iştirakçılar telefonu geyim və ya ayaqqabılarının müxtəlif yerlərində gizlədib yuxarı-zala keçirə bilirlər. Lakin bu zaman da telefonu imtahan nəzarətçiləri və ya imtahan rəhbərləri aşkar edirlər. İmtahan binasında şəxsi əşyaları qoymaq üçün saxlanc yerləri olmur. Əvvəlcədən də elan olunur ki, imtahana əlavə vasitələr gətirmək olmaz. Əgər məqsədli şəkildə gizlədib keçirmək istəyirsə, abituriyent imtahana buraxılmır. Girişdə özləri deyəndə ki, telefon var, o zaman bildirilir ki, aparıb təhvil versinlər".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən