"İnsan çəkdiyi əziyyət qədərdir" - MİQ-də 91 bal TOPLADI
“Mən həmişə inanmışam ki, insan çəkdiyi əziyyət qədərdir”.
Bu fikirləri müəllimlərin işə qəbulu (MİQ) imtahanında tarix müəllimliyi üzrə 91,75 bal toplayan namizəd Elşən Hacıyev Redaktor.az-a açıqlamasında səsləndirdi.
O vurğuladı ki, imtahana 5 ay hazırlaşıb:
“5 ay müddətində hazırlaşdım. Mən həmişə inanmışam ki, insan çəkdiyi əziyyət qədərdir. Suallara gəldikdə, çətin deyə bilmərəm, amma kifayət qədər məntiqli, oxuyub anlamağa yönəlik suallar mövcud idi. Tarix fənni üzrə hazırlaşarkən tarixə sadəcə bir il əzbəri kimi baxmamaq, mahiyyətini dərk etmək vacibdir. Eyni zamanda, keyfiyyətli testlərdən istifadə etmək önəmlidir. Bu nəticəmdə Şamxal müəllimin də əməyi var, ona da öz minnətdarlığımı bildirirəm”.
NURİYYƏ














