400 bal toplayan şagirdin FOTOSU
Xəbər verdiyimiz kimi, iyulun 5-də keçirilən II və III ixtisas qrupları üzrə qəbul imtahanında dörd nəfər maksimal nəticə göstərib.
Redaktor.az xəbər verir ki, II ixtisas qrupu üzrə ən yüksək nəticəni Laçın rayon Oğuz tam orta məktəbinin məzunu İsbəndiyarlı Paşa Araz oğlu əldə edib. O, imtahanda 400 bal toplayaraq maksimum nəticəyə imza atıb, qəbul imtahanının birinci mərhələsində 277,3 bal toplayıb.
Qeyd edək ki, Araz Respublika Fənn Olimpiadalarının final turunun nəticələrinə əsasən coğrafiya fənni üzrə gümüş medala layiq görülüb.
Aminə ŞAHSUVARQIZI













