400 bal toplayan Orxan: "Sosial şəbəkələrdən uzaq durmaq əsas şərt deyil"
“İmtahandan sonra bu nəticəni gözləyirdim. Bundan öncəki imtahanda da buna yaxın nəticə göstərmişdim. Ona görə yenidən hazırlaşdım. Əlbəttə, sevincliyəm”.
Bu sözləri Redaktor.az-a açıqlamasında 3-cü qrup üzrə 400 bal toplayan Orxan Mənsimli bildirdi.
O vurğuladı ki, imtahandakı suallar gözlədiyi səviyyədə olub və çətinlik dərəcəsi normal idi:
“Arzum hüquq fakültəsində təhsil almaqdır, amma hələ hansı universiteti seçəcəyimə qərar verməmişəm. Mən sosial şəbəkələrdən istifadə etməmişəm, amma düşünürəm ki, sosial şəbəkələrdən uzaq durmaq yüksək nəticə əldə etməyin şərtlərindən biri deyil, sadəcə qədərində istifadə etmək lazımdır. Yüksək bal toplamağın sirri hər gün atılan kiçik və davamlı addımlardır. İmtahana hazırlaşan hər kəsə tövsiyəm budur: özünüzə inanın, planlı oxuyun və səhvlərinizin üzərində çalışın, onları öyrənməkdən çəkinməyin. Uğur vaxt aparır, amma mütləq gəlir”.
NURİYYƏ














