Xaricdə təhsil şirkətləri hər il peyda olur, sonra yoxa çıxır - Mütəxəssisdən ÇAĞIRIŞ

 13:04 21.07.2026     430

Xaricdə təhsil sahəsində fəaliyyət göstərən şirkət və şəxslərlə bağlı sosial şəbəkələrdə aparılan reklam kampaniyaları bəzən suallar doğurur. Xüsusilə məşhur şəxslərin iştirakı ilə təqdim olunan bu cür xidmətlərə güvənib-güvənməmək şübhə yaradır.

Redaktor.az xəbər verir ki, məsələ ilə bağlı elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi bu haqda feysbuk hesabında paylaşım edib. 

"Mən deyəndə ki, xaricdə təhsil şirkətlərinə və xüsusilə də manıs tayfası ilə reklam edən, 1-2 nəfəri öz əməllərinə alət edərək onlar üzərindən reklam aparanlara inanmayın, insanlarımız başa düşmür və ya başa düşmək istəmir. Yağışdan sonra çıxan göbələk kimi hər il ölkədə fevral-mart aylarından sentyabr ayınadək belə xaricdə təhsil şirkətləri və şəxslər üzə çıxır, bir müddət sonra isə izləri-soraqları yoxa çıxır.

Təkrar edirəm: Xaricdə təhsil istiqaməti ilə bağlı hər gün sosial şəbəkələrdə, xüsusilə də "TikTok"da manıslarla və “məşhur” şəxslərlə reklam aparan şirkət və şəxslərə qətiyyən inanmayın və güvənməyin!".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən