"Tələbələr təcrübə proqramlarına birinci kursdan cəlb olunmalıdır" - TƏKLİF

 11:56 23.07.2026     1047

Tələbələrin universitet illərindən etibarən əmək bazarına hazırlanması və praktiki bacarıqlar qazanması müasir təhsil sisteminin əsas istiqamətlərindən biridir.

Bəs maraqlıdır, tələbələr nə zamandan təcrübə proqramına yönləndirilməlidirlər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil məsələləri üzrə ekspert Ramin Nurəliyev bildirdi ki, tələbələrin karyeraya hazırlığına, təcrübə proqramlarına universitet tərəfindən birinci kursdan başlanmalıdır.

"Baxın, Avropada Boloniya təhsil sistemində kurs ayrı-seçkiliyi qoyulmur. Bizdə isə təcrübə proqramları əsasən yalnız dördüncü kursun sonuncu semestrində təqdim olunur və tələbələr həmin mərhələdə təcrübəyə cəlb edilirlər. Amma Avropada bu yanaşma fərqlidir.

Avropada tələbələr birinci kursdan etibarən təhsil prosesinə başlayarkən dərslər laboratoriya, təcrübə, nəzəri və praktiki biliklər olmaqla müxtəlif istiqamətlər üzrə bölünür. Tələbə artıq birinci kursdan həm mövzunu, həm də həmin fənni öyrənir, daha sonra isə qazandığı biliklərin praktiki tətbiqinə başlayır. Bu bizdə də belə olmalıdır", - deyə o vurğuladı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən