Peşə təhsilində 5 yeni ixtisas tədris olunacaq - İlqar Bayramlı AÇIQLADI
“Yeni ixtisaslarla peşə təhsilinin məzmunu yenilənir”.
Redaktor.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı media üçün təşkil olunan media birifinqində qeyd etdi.
“Bu ildən əmək bazarının ehtiyaclarına uyğun 5 yeni ixtisas tədris olunacaq: geodeziya və kartoqrafiya, satınalmaların təşkili, qida emalı texnologiyaları, istixana operatoru, çörək ustası. Bu ixtisaslar yüksək peşə təhsili üzrə müəyyən olunub. Bu ixtisaslar müəyyəb edilərkən texniki dəyişikliklər nəzərə alınıb”.
Aytəkin TOFİQQIZI














