2 560 tələbə həm oxuyacaq, həm işləyəcək - Dual təhsil planı AÇIQLANDI

 11:17 23.07.2026     382

“Dual təhsil və işəgötürənlərlə əməkdaşlıq genişlənir”.

Redaktor.az xəbər verir ki, bu fikirləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı media üçün təşkil olunan media birifinqində bildirdi.

“Dual peşə təhsili modeli üzrə 57 ixtisasa 2 560 tələbənin qəbulu planlaşdırılır. Proqram 150-dən çox işəgötürənlə əməkdaşlıq əsasında həyata keçirilir”.

O, peşə təhsilində inklüzivlik və gender balansı güclənməsindən də danışıb:

“Qadınların peşə təhsilində iştirakı 2022-ci ildəki 32%-dən 2025-ci ildə 40%-ə yüksəlib”.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən