Peşə təhsilində ən çox seçilən peşələr məlum OLDU
“Ötən il məqsədimiz 27 min yerlik qəbul planı idi və bu yerlər üçün 47 min nəfər namizəd müraciət etmişdi. Praktiki olaraq, müsabiqədən keçən 27 min nəfər qəbul olunaraq tələbə adını qazandı”
Redaktor.az xəbər verir ki, bu fikirləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı media üçün təşkil olunan media birifinqində qeyd etdi.
“Ən yüksək müsabiqə kibertəhlükəsizlik, satış və marketinq, kompüter sistemləri və proqramlaşdırma ixtisaslarında qeydə alınıb. Bəzi ixtisaslarda bir yerə hətta 40-dan çox namizəd düşürdü.
Ümumi seçim sayına görə isə ön sırada aşpazlıq, avtomobilçilik və proqramlaşdırma ixtisasları yer alıb. Bu göstəricilər növbəti illərdə qəbul planının və yeni qəbul proqramlarının hazırlanması zamanı nəzərə alınır”.
Aytəkin TOFİQQIZI












