Kəlbəcər, Şuşa, Qubadlı və Ağdamda yeni peşə məktəbləri QURULACAQ

 11:27 23.07.2026     348

“16 müəssisədə yenilənmə gedir. 4-ü başa çatdırılıb. 5-i davam edir, 7-si layihədədir”.

Redaktor.az xəbər verir ki, bu fikirləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı media üçün təşkil olunan media birifinqində səsləndirdi.

“Bu proses digər istiqamətlərlə yanaşı Kəlbəcər, Şuşa, Qubadlı və Ağdamda da davam etməkdədir. Həmin ərazilərdə yeni peşə təhsili müəssisələrinin qurulması ilə bağlı layihələr həyata keçirilir. Yeni müəssisələr həmin ərazilərdə iqtisadi fəallığın və məşğulluğun dəstəklənməsində mühüm rol oynayacaqdır.

Bununla yanaşı, xüsusi olaraq diqqətinizə çatdırmaq istəyirəm ki, məlum olduğu kimi, 2025-ci il 5 dekabr tarixində ölkə Prezidentinin xüsusi Sərəncamı ilə peşə təhsili sisteminin infrastrukturunun gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sənəd imzalanmışdır. Həmin sərəncama əsasən, 2026–2030-cu illərdə ölkədə 21 yeni peşə təhsili müəssisəsinin yaradılması və yenidən qurulması, həmçinin 2 peşə təhsili müəssisəsinin əsaslı təmiri Nazirlər Kabineti qarşısında vəzifə kimi müəyyən edilmişdir.

İnanıram ki, qarşıdakı illərdə biz bu tapşırığı tam şəkildə yerinə yetirəcəyik və Qəbələ, Bərdə, İsmayıllı, Sənaye və İnnovasiyalar üzrə Peşə Təhsil Mərkəzi, Zəngilan, Lənkəran kimi ən müasir infrastruktura malik peşə təhsili müəssisələrinin sayı daha da artacaqdır. Bu proses hazırda da davam edir”.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən