Kimlər peşə məktəbinə imtahansız qəbul ola bilər? - İlqar Bayramlı AÇIQLADI
“Peşə təhsili müəssisələrinə qəbul qaydaları mövcuddur və həmin qaydalara əsasən bəzi kateqoriyalara aid olan namizədlər müsabiqədənkənar qəbul olmaq imkanına malikdirlər”.
Redaktor.az xəbər verir ki, bu fikirləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı media üçün təşkil olunan media birifinqində dedi.
“Bunlar valideyn himayəsindən məhrum olmuş uşaqlar, şəhid ailələrinin üzvləri və əlilliyi olan şəxslərdir. Yəni bu iki qrupa aid olan şəxslər müsabiqədənkənar peşə təhsili müəssisələrinə qəbul ola bilərlər. Bu qaydalar təsbit olunub.
Amma ümumiyyətlə, ümumtəhsil məktəblərində oxuyan uşaqların və gənclərin peşə təhsilinə yönəldilməsi məsələsinə gəlincə, bu, doğru yanaşmadır. Hazırda biz bununla bağlı bir neçə layihə üzərində işləyirik. Bunlardan biri ETN tərəfindən idarə olunan layihədir. Bundan başqa, kənd məktəblərində və digər ümumtəhsil məktəblərində təhsil alan uşaqların peşələrə marağının artırılması, onların peşə seçiminə dəstək göstərilməsi istiqamətində layihələr həyata keçirilir. Agentliyin əməkdaşlarının məktəblərdə iştirak etdiyi layihələr də var və biz davamlı olaraq həmin məktəbləri ziyarət edirik”.
Aytəkin TOFİQQIZI












