21 yeni peşə müəssisəsinin yaradılması planlaşdırılır - İlqar Bayramlı
“Hazırda 21 yeni peşə təhsili müəssisəsinin seçilməsi ilə bağlı işlər görülür. Yəni hansı regionlarda, hansı peşə məktəblərinin bu sərəncam çərçivəsində yenilənəcəyi və ya yaradılacağı müəyyən edilir”.
Redaktor.az xəbər verir ki, bu fikirləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı media üçün təşkil olunan media birifinqində dedi.
“Düşünürəm ki, yaxın müddətdə bu proses yekunlaşacaq, müəssisələrin yerləşəcəyi ərazilər və konkret müəssisələr müəyyən olunacaq. Bundan sonra layihələndirmə işləri həyata keçiriləcək, ardınca isə tikinti prosesi başlayacaq.
Hesab edirəm ki, 2027-ci ildən etibarən artıq bir neçə müəssisənin tikintisinə başlanılması mümkün olacaq. Sonrakı mərhələdə isə, 2028–2029-cu illərdə proses davam etdiriləcək və həmin illərdə yeni peşə təhsili müəssisələrinin istifadəyə verilməsi təmin olunacaq”.
Aytəkin TOFİQQIZI












