Bakıda və Qubada qurulacaq məktəblər məzunlara iki diplom VERƏCƏK
“2021-ci ildə Azərbaycan və Türkiyə arasında dövlətlər arası protokol imzalanıb. Protokola əlavə olaraq, 2025-ci ildə əlavə protokol da imzalanmışdır. Bu protokol 2025-ci ilin sonunda həm Azərbaycan Respublikasının Milli Məclisi, həm də Türkiyə Böyük Millət Məclisi tərəfindən ratifikasiya edilmişdir”.
Redaktor.az xəbər verir ki, bu fikirləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı media üçün təşkil olunan media birifinqində vurğuladı.
“Həmin protokolun icrası çərçivəsində qarşıdakı dövrdə Azərbaycan–Türkiyə birgə peşə təhsili müəssisəsinin yaradılması nəzərdə tutulur. Yəni Azərbaycanda Türkiyə ilə əməkdaşlıq əsasında iki peşə təhsili müəssisəsi fəaliyyət göstərəcək.
Bu müəssisələrdə təhsil alan məzunlar həm Azərbaycan diplomu, həm də Türkiyə qanunvericiliyinə uyğun peşə təhsili diplomu ilə təmin olunacaqlar. Bu isə onların beynəlxalq əmək bazarında daha uğurlu fəaliyyət göstərməsinə əlverişli zəmin yaradacaq.
Biri Bakıda, digərinin isə Qubada yaradılması planlaşdırılır. Hazırda həmin peşə təhsili müəssisələrində 5 ixtisas üzrə tədrisin təşkili ilə bağlı işlər aparılır”.
Aytəkin TOFİQQIZI












