Peşə təhsili alan tələbələrə möhlət hüququ verilə bilərmi? - RƏSMİ AÇIQLAMA

 14:01 23.07.2026     784

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı bu gün keçirdiyi brifinqdə peşə təhsili müəssisələrinin tələbələrinə hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsinə aydınlıq gətirib.

Redaktor.az-ın məlumatına görə, o, jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, hazırda hərbi xidmətdən möhlət hüququ yalnız ümumi təhsil səviyyəsindən məzun olan 20 yaşadək gənclərə şamil olunur.

“Hələlik bir dəyişiklik gözlənilmir, bu mövzu gündəmdə deyil. Lakin gələcəkdə ehtiyac olarsa, bu məsələ qaldırıla bilər”, - deyə direktor əlavə edib.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən