Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binası belə görünəcək - FOTO

 12:57 24.07.2026     978

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 23 dekabr 2025-ci il tarixində təməli qoyulan Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasında tikinti işləri davam edir!

Redaktor.az xəbər verir ki, ən müasir standartlara uyğun inşa edilən binada tələbələrin və akademik heyətin istifadəsinə veriləcək müasir auditoriyalar, laboratoriyalar, kitabxana və elmi-tədqiqat məkanları yaradılır. 

Gələcəyin mühəndislərinin yetişəcəyi bu müasir tədris binası tələbələrin nəzəri biliklərini möhkəmləndirməklə yanaşı, onların praktiki bacarıqlarının inkişafına və innovativ fəaliyyətlərinin genişləndirilməsinə mühüm töhfə verəcək,  yüksək ixtisaslı mühəndis kadrlarının hazırlanmasına xidmət göstərəcək. 

2222
Vumart və Güvən reklamı Vumart Güvən