Nazir avqust ayında vətəndaşları qəbul edəcək - SİYAHI

 13:34 24.07.2026     1418

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2026-cı ilin avqust ayında şəhər və rayonlarda keçiriləcək vətəndaş qəbulu açıqlanıb.

Redaktor.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev avqust ayının 28-də vətəndaş qəbulu keçirəcək.

Müəyyən edilmiş görüş Xankəndi şəhərində baş tutacaq. Qəbul Xankəndi, Xocalı və Ağdərə sakinlərini əhatə edəcək.

Qeyd edək ki, vətəndaşların qəbulu müəyyən edilmiş günlərdə saat 10:00-da başlayır.

Vumart və Güvən reklamı Vumart Güvən