"DİM-in işi hələ tam ideal səviyyədə qurulmayıb" - Məzahir Məmmədli

 13:24 27.07.2026     1045

"Əslində mən gözləyərdim ki, 30 illik tarixi olan Dövlət İmtahan Mərkəzinin (DİM) daha yaxşı, hər ildən-ilə dəyişən nəticələri olsun".

Redaktor.az xəbər verir ki, bunu "Baku TV"də yayımlanan "Hansı ixtisas?" verlişində təhsil eksperti Məzahir Məmmədli deyib.

"Təəssüf ki, DİM-in keçirdiyi imtahanlarla bağlı ürəkaçan bir söz deyə bilməyəcəyəm. Çünki DİM-in işi hələ tam ideal səviyyədə qurulmayıb. Görürsünüz, artıq imtahanlar keçiriləndən 2 həftə, 3 həftə, bəzən 6 həftə sonra nəticələr elan olunur. Dövlət İmtahan Mərkəzinin bu il keçirdiyi imtahanlar ötən illərdəkindən heç nə ilə fərqlənmədi. DİM-in builki imtahanları yaxşı bir şeylə yadda qalmadı", - deyə o bildirib.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən