Magistraturaya keçid balları necə dəyişəcək? - Ekspertdən AÇIQLAMA
“Magistraturaya qəbul zamanı keçid ballarının dəyişməsi əsasən ixtisaslardan asılı olacaq. Elə ixtisaslar var ki, həmin istiqamətlər üzrə balların enməsi qaçılmazdır. Bəzi ixtisaslarda isə, xüsusilə orta keçid ballarında, ciddi dəyişiklik gözlənilmir və vəziyyətin sabit qalacağı ehtimal olunur”.
Bunu Redaktor.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev magistraturaya qəbul üzrə keçid ballarının formalaşması ilə bağlı danışarkən dedi.

“Bu il MBA (Biznesin İdarə Edilməsi) proqramlarına marağın artması həmin proqramlar üzrə keçid ballarının yüksəlməsinə səbəb ola bilər. Hesab edirəm ki, bu artım xüsusilə aşağı bal intervalında daha qabarıq hiss olunacaq. Hazırda bir çox qeyri-perspektivli ixtisaslar üzrə təhsil alan gənclər magistratura təhsilini öz ixtisasları üzrə davam etdirmək istəmirlər. Buna görə də onlar daha çox MBA proqramlarına üstünlük verirlər. Bu isə MBA proqramlarında rəqabətin əhəmiyyətli dərəcədə artacağını göstərir”, - deyə o bildirdi.
Aytəkin TOFİQQIZI












