400 bal toplayan abituriyent bu ixtisası seçəcək - Özü AÇIQLADI

 17:55 28.07.2026     1467

Xəbər verdiyimiz kimi, iyulun 12-də 1-4-cü ixtisas qrupları üzrə keçirilən ikinci cəhd blok imtahanlarının nəticələri elan edilib. Bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 2 nəfər, IV ixtisas qrupu üzrə isə 15 nəfər göstərib. IV ixtisas qrupu üzrə 400 bal toplayanlar arasında Şəki şəhər Kimya-Biologiya Təmayüllü Respublika Liseyinin şagirdi Çapuqi Nağı da var.

Redaktor.az-a hisslərini bölüşən Nağı bildirdi ki, özünü çox xoşbəxt hiss edir:

"Sevincimi ilk olaraq sinif yoldaşlarımla, dostlarımla, ailəmlə paylaşdım. Nəticələrin açıqlanması ilə bağlı məlumatı sinif qrupuna yazmışdılar. İlk olaraq oradan gördüm. Özüm isə imtahana girmək üçün hazırlıqlara getmişəm. İstəyim Azərbaycan Tibb Universitetidir. Müalicə işi ixtisasını seçmək istəyirəm. Tələbə adını qazanan abituriyentləri də təbrik edir, onlara uğurlar arzulayıram. Yolları hər zaman açıq olsun. Əziyyət çəkən bütün müəllimlərimə təşəkkür edir və hamısını təbrik edirəm".

Aytəkin TOFİQQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən