İkinci cəhddə 700 bal topladı - FOTO
Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə 12 iyul 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.
Nəticələrə əsasən, bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 2 nəfər, IV ixtisas qrupu üzrə isə 15 nəfər göstərib.
Redaktor.az xəbər verir ki, 4-cü qrup üzrə 400 bal toplayanların arasında Samir Tağızadə də var.
Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu olna Samir buraxılış imtahanında 300 bal toplayıb. Beləliklə Samir Tağızadə iki imtahanın nəticəsinə əsasən 700 bal yığıb.
O, ilk imtahanda 691,3 bal toplamışdı.













