4-cü qrup üzrə keçid balları artacaq - Ekspertdən XƏBƏRDARLIQ

 18:18 30.07.2026     1009

"Bütün imtahan nəticələri artıq elan olunub. Qarşıda isə bizi avqustun 10-dan etibarən ixtisas seçimi mərhələsi gözləyir. Bu müddət ərzində, xüsusilə 4-cü qrup üzrə rəqabətin daha yüksək olacağı gözlənilir. Belə ki, 15 abituriyentin maksimal 400 bal toplaması, eyni zamanda 400 bala yaxın nəticə göstərənlərin sayının da çox olması bunu deməyə əsas verir".

Bunu Redaktor.az-a açıqlamasında təhsil eksperti Səbuhi Abdullayev bildirdi.

Mütəxəssis qeyd etdi ki, Dövlət İmtahan Mərkəzinin açıqladığı rəsmi statistikalar əvvəlki illərin göstəriciləri ilə müqayisə edildikdən, həmin bal intervalında olan abituriyentlərin nəticələri və plan yerləri təhlil olunduqdan sonra keçid ballarının təxminən necə formalaşacağını daha dəqiq proqnozlaşdırmaq mümkün olacaq:

"Lakin ilkin təəssürat onu göstərir ki, 4-cü qrup üzrə, xüsusilə tibb ixtisasları istiqamətində keçid ballarının artacağı gözlənilir. Qarşıdakı müddətdə bütün abituriyentlərə və valideynlərə səbirli olmağı, rəsmi statistikaları diqqətlə təhlil etməyi və ixtisas seçimini düzgün aparmağı arzulayıram".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən