Magistraturaya əlavə qəbul olacaq? – Məleykə Abbaszadə AÇIQLADI
“Magistraturaya qəbulda boş yerlər qalıb. Elə proqramlar var ki, yerlər qalıb. Elələri var ki, yerlər qalmayıb”.
Redaktor.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə jurnalistlərin suallarını cavablandırarkən dedi.
“Vəziyyət normal bir vəziyyətdir. Mən gözləyirəm ki, təxminən bir 1500 nəfər yenə də qəbul olunacaq”, - deyə o əlavə etdi.
Aytəkin TOFİQQIZI












