Məleykə Abbaszadə magistraturada 1800 nəfərin niyə qəbul olmadığını AÇIQLADI

 15:43 31.07.2026     984

"Bu magistratura üçün birinci yerləşdirmə idi və bu yerləşdirmə zamanı yerlər qalıb. 1800 adam - müsabiqədə iştirak edən adam - onlar qəbul olmayıblar. Çünki onların seçdiyi ixtisaslar daha yüksək müsabiqəli olub. Və burda nəzərə almaq lazımdır ki, bizdə müxtəlif proqramlar var. 60-70-ə yaxın proqram üzrə biz qəbul aparırıq”.

Redaktor.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə jurnalistlərin suallarını cavablandırarkən dedi.

“Misal üçün, elə proqramlar var ki, 100% dolub, amma orda qəbul olmayan şəxslər var. Elə proqramlar var ki, dolmayıb. Buna görə ki, o proqrama sənəd verənlərin və o proqram üzrə ixtisas seçimi hüququ olanların sayı az idi. 

Mən eşitmişəm və oxumuşam sosial mediada da ki, humanitar sahələr üzrə olanlar üçün imtahan çətindir, onlar keçə bilmirlər. Amma bu belə deyil, çünki humanitar sahələr üzrə bütün yerlər tutulub. Demək, kifayət qədər 50 bal toplayan namizədlər var ki, o yerlər tutulub və humanitar sahədə bizdə demək olar ki, o istiqamət üzrə yer qalmayıb”, - deyə o bildirdi.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən