150 ballıq ixtisasların sayı artırılır – DİM sədri AÇIQLADI
“150 ballıq ixtisasların siyahısı hər il Elm və Təhsil Nazirliyi ilə razılaşdırılır”.
Redaktor.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə jurnalistlərin suallarını cavablandırarkən bildirdi.
“Bu il yeniliklər olacaq. Yeniliklər ondan ibarətdir ki, 1-ci qrupda 11 dənə 150 ballıq ixtisas var idi. 150 balla ora qəbul mümkün idi, əsasən. 7 ixtisas kənd təsərrüfatına aid idi. Bu il bu siyahı çoxalır. Rİ alt qrupuna aid olan iki ixtisas – kompüter mühəndisliyi və informasiya texnologiyaları – Rİ alt qrupunda 150-200 bal arasında nəticə göstərən abituriyentlərin də imkanı olacaq ki, ixtisas seçimi aparsınlar. 2-ci ixtisas qrupunda 7 yeni ixtisas 150 ballıq ixtisasların siyahısına əlavə olunub. Bir-bir ixtisasların adını deməyəcəyəm. Abituriyentlər bilsinlər ki, 150-200 arası nəticə göstərənlər də 2 və 3-cü qrupda daha çox imkanlar əldə edəcəklər. 3 və 4-cü qrupda elə bir dəyişiklik yoxdur. Keçən ilki ixtisaslar bu il də qalıb. Əlavələr yoxdur”, - deyə o qeyd etdi.
Aytəkin TOFİQQIZI












