Bakı Qızlar Universitetinə qəbul aparılacaq? - Məleykə Abbaszadədən AÇIQLAMA
“Bakı Qızlar Universitetinə qəbul aparılmayacaq”.
Redaktor.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə jurnalistlərin suallarını cavablandırarkən dedi.
“Universitetlər bağlananda həmin universitetdəki tələbələr ya 4-cü kurs olub universiteti bitirirlər, ya da onları köçürürlər. İndiyə qədər bu, belə olub. Bu məsələ bizim səlahiyyətimizə aid deyil. Planda yoxdursa, demək, ora qəbul aparılmayacaq”, - deyə sədr bildirdi.
Aytəkin TOFİQQIZI












