Keçid ballarında ciddi dəyişiklik gözlənilir – DİM sədri RƏQƏMLƏRİ AÇIQLADI
“Müxtəlif qruplarda vəziyyət müxtəlifdir. Eyni zamanda, keçən il keçid balları 600 bal olan ixtisaslarda vəziyyətin necə dəyişəcəyini təxminən deyə bilərik”.
Redaktor.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə jurnalistlərin suallarını cavablandırarkən bildirdi.
“Statistika dərc olunandan sonra hər kəs öz balına baxmalıdır. 1-ci qrupda 600-dən yuxarı olan keçid ballarının 1-2 bal düşəcəyini gözləyirik. 500-600 bal arasında olan ixtisaslarda 16 bala qədər aşağı düşmə müşahidə oluna bilər. 500-400 bal arasında olan ixtisaslarda isə təxminən 5 bal azalma ola bilər. 400-300 bal arasındakı ixtisaslarda isə keçid balları qalxacaq. Aşağı nəticə göstərənlərin sayı artıb deyə vəziyyət dəyişə bilər”, - deyə o qeyd etdi.
Aytəkin TOFİQQIZI












