Tibbə qəbul olmaq istəyənlərə XƏBƏR: Keçid balı 17 bala qədər arta bilər

 16:05 31.07.2026     570

“2-ci qrupda təxminən keçid ballarının bir az aşağı düşməsi müşahidə oluna bilər. 2-3 bal azalma ola bilər. Amma 400 baldan aşağı, 300-400 arası ixtisaslarda ola bilsin ki, 12 bala qədər aşağı düşmə olsun. Amma 200 baldan nəticə göstərənlər artıb deyə 200-300 bal aralığında 3-4 bal artım ola bilər”.

Redaktor.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə jurnalistlərin suallarını cavablandırarkən bildirdi.

“3-cü qrupda, məsələn, 600 baldan yuxarı olan ixtisaslarda 2-3 bal aşağı düşmə olsun. Amma 500-600 bal arasında nəticələr daha çoxdur. Ola bilsin, 3-4 bal yuxarı qalxsın. 200-300, 300-400, 400-500 arasında balların təxminən 8 bal artmasını gözləyirik.

4-cü qrupda 600 baldan yuxarı nəticə göstərənlər kifayət qədərdir. 1000 nəfərdən çox bal toplayan var. Bu səbəbdən 600 baldan yüksək olan ixtisaslarda təxminən 15-17 bal artım ola bilər. Keçən il tibb ixtisası 605 bal idi. Bu il daha yüksək olacaq. 500-600 bal aralığı da arta bilər. Amma 400-500 arası ballar elə həmin səviyyədə qala bilər. 200-300 bal aralığında isə ballar aşağı düşə bilər”.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən