Abituriyentlərin NƏZƏRİNƏ! - Gəncə Dövlət Universitetində yeniliklər var - AÇIQLAMA
Məlumat verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzində ali təhsil müəssisələrinin sərgisi keçirilir. Sərgidə nümayiş olunan universitetlərdən biri də Gəncə Dövlət Universitetidir.
Redaktor.az Gəncə Dövlət Universiteti (GDU) Tədris departamenti Tədrisin təşkili idarə olunması şöbəsinin rəhbəri Sevinc Quliyeva ilə həmsöhbət olub.
Onun sözlərinə görə, universitetdə pedoqoji ixtisaslarla yanaşı, iqtisadiyyata aid ixtisaslar da var:
“Bütün ixtisaslarımız əmək bazarının tələbatına uyğun, yəni perspektivli ixtisaslardır”.
Müsahibimiz bu il ali təhsil müəsisəsində olan yeniliklərdən danışdı:
“İxtisaslarımızda bu il yeniliklər var. Universitetimizdə indiyədək yalnız üçüncü qrup üzrə Xarici dil müəllimliyi (ingilis dili) ixtisasının rus bölməsi üzrə tədrisi var idi. Amma bu ildən — 2026–2027-ci tədris ilindən etibarən "Kimya və biologiya müəllimliyi" ixtisasında tədris rus və ingilis dilində aparılır. Biologiya, Tarix və İqtisadiyyatda isə ikili diplom layihəsi var. Tələbələr 2 il Türkiyədə, 2 il Gəncədə oxuyacaq. Bu, yeniliklərimizdən biridir. Gəncədə rus bölməsi üzrə təhsil alan abituriyentlərimizi bu ixtisaslarda təhsil almağa dəvət edirik.
Universitetimizin həm də yataqxanası mövcuddur. Yataqxana çox gözəl şəraitə malikdir. Universitetin yataqxanasında təhlükəsizlik təmin olunub və kamera sistemi ilə nəzarət həyata keçirilir”.
Sevinc Quliyeva tələbələrin dərs vaxtlarından da bəhs etdi:
“Birinci və üçüncü kurslarımız səhər, ikinci və dördüncü kurslarımız isə günorta növbəsində təhsil alırlar.
Bizdə magistratura təhsili də var. Magistratura dərsləri həftədə 4 gün olmaqla saat 17:00-da başlayır. Tələbələrin işləmələrini nəzərə alaraq, dərs cədvəlini elə təşkil etmişik ki, onlar həm işləyə, həm də təhsillərini paralel şəkildə davam etdirə bilsinlər”.
Aytəkin TOFİQQIZI
















