"Bakı Qızlar Universiteti mövcud qanunlara əməl etməyib" - Deputat
"Bakı Qızlar Universiteti mövcud qanunlara və tələblərə əməl etməyib. Elm və Təhsil Nazirliyi də buna uyğun olaraq belə bir qərar qəbul edib".
Bu fikirləri Redaktor.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov səsləndirdi.
"Nəzərə çatdırmaq istəyirəm ki, universitetlər qanunvericiliyin tələblərinə əməl etməli, neqativ hallara yol verməməli, təhsilin keyfiyyətinin artırılması istiqamətində ardıcıl addımlar atmalıdırlar. Bu prosesin də qeyd etdiyimiz məsələlərə çox ciddi təsiri olacaq. Yəni təkcə özəl deyil, bütün universitetlərdə təhsilin keyfiyyəti mütləq şəkildə artırılmalıdır. Tələbələrlə daha sıx işlənilməli, onlara düzgün istiqamət verilməli, müəllim bazası gücləndirilməli və neqativ hallara yol verilməməlidir. Belə olduğu halda problem yaranmayacaq. Əks halda isə bu kimi məsələlər bizi narahat etməyə davam edəcək", - deyə millət vəkili bildirdi.
Xədicə BAXIŞLI












