150 ballıq ixtisasların artırılması xaricə axının qarşısını alacaq? - AÇIQLAMA 

 17:48 04.08.2026     659

"Dövlət İmtahan Mərkəzi artıq I və II ixtisas qrupları üçün 150 ballıq ixtisaslar siyahısını dərc edib. Bu, düşünürəm ki, bir qədər real görünməyən, amma nəticədə abituriyentlərə müəyyən qədər təsəlli verən bir yenilikdir".

Bunu Redaktor.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli qeyd etdi.

"DİM sədri Məleykə Abbaszadənin xüsusi açıqlaması oldu ki, kompüter elmləri ixtisası da 150 ballıq ixtisaslar siyahısına daxil edilib. Bu isə mənə çox təəccüblü gəldi. Çünki kompüter elmləri ixtisasına tələbat var. Bir neçə ilin statistikasına baxanda görürəm ki, orada orta balın üzərində 300-dən, 400-dən, 500-dən yuxarı olan iddialar olub. İndi kompüter elmləri ixtisası niyə birdən-birə 150 ballıq kateqoriyaya aid olunub, mənə aydın deyil.

Amma ümumilikdə bu 150 ballıqlarla bağlı açıqlama subbakalavrların imkanlarını məhdudlaşdırır və abituriyentlər üçün geniş imkanlar yaradır. Bu təqdirəlayiq bir şeydir ki, artıq bizim tələbə olmaq həvəsində olanlarımızın sayı artacaq, xaricə axının qarşısı bir qədər alınacaq. Eyni zamanda, universitetlərimizin büdcəsinin imkanları artacaq. Ən azı tələbələr bir az məcburiyyətlə olsa da, ixtisaslaşmağa maraqlı olacaqlar. Düşünürəm ki, bu 150 ballıqlar üçün artırılan imkanlar, şərait müəyyən fayda verə biləcək".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən