Nazirlikdən özəl bağçalarla bağlı yeni QƏRAR
Dövlət dəstəyi alan özəl bağçalarda müşahidə kameraları məcburi olacaq.
Redaktor.az xəbər verir ki, bu, "Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığını əsaslanan maliyyələşmə modeli əsasında keçiriləcək müsabiqənin şərtlər toplusu"nda öz əksini tapıb.
Qeyd olunub ki, müsabiqəyə iştirak etmək istəyən özəl məktəbəqədər təhsil müəssisələrinin tədris otaqlarında müşahidə kameraları quraşdırılmalı, kameraların fasiləsiz işləməsi təmin edilməli və Elm və Təhsil Nazirliyinə giriş məlumatları təqdim olunmalıdır.












