Özəl uşaq bağçaları üçün müsabiqə elan olundu: Sənəd qəbulu başladı
Elm və Təhsil Nazirliyi məktəbəqədər təhsildə valideyn–dövlət–özəl əməkdaşlığı əsasında maliyyələşmə müsabiqəsinə sənəd qəbuluna başlayıb.
Redaktor.az xəbər verir ki, müsabiqənin məqsədi 2026–2027-ci tədris ilində məktəbəqədər təhsilin əhatə dairəsini genişləndirmək və dövlət–özəl əməkdaşlığını gücləndirməkdir.
Məlumata görə, müsabiqədə məktəbəqədər təhsil fəaliyyəti üçün lisenziyaya malik özəl təhsil müəssisələri iştirak edə bilərlər.
Bildirilib ki, sənəd qəbulu avqustun 5-dən 20-dək aparılacaq. Müraciətlər anket.edu.az portalı vasitəsilə qəbul olunur.
Qeyd olunub ki, müsabiqə çərçivəsində 2026–2027-ci tədris ili ərzində 8 min təhsilalanın özəl məktəbəqədər təhsil müəssisələrində təhsilinin maliyyələşdirilməsi nəzərdə tutulur.
Əlavə məlumat əldə etmək istəyənlər [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə saxlaya bilərlər.












