Türkiyə-Azərbaycan Universitetinin rektoru yüksəkballı abituriyentlərlə GÖRÜŞDÜ

 19:45 07.08.2026     643

Avqustun 7-də Türkiyə-Azərbaycan Universitetinin (TAU) rektoru Nəcibə Nəsibova qəbul imtahanlarından yüksək bal toplamış abituriyentlərlə görüşüb.

Redaktor.az xəbər verir ki, abituriyentlərdən biri Bakı şəhəri Xətai rayonu 257 saylı tam orta məktəbin şagirdi Fatimə Hacıməmmədli I ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanlarında 667.5 bal toplayıb. Abituriyent TAU-da İstanbul Texniki Universitetinin (İTÜ) proqramı əsasında tədris edilən sənaye mühəndisliyi ixtisasını seçməkdə qərarlıdır.

Digər abituriyent Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin (FRİTL) şagirdi Hüseyn Məmmədov I ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanlarında 610 bal toplayıb. Abituriyent TAU-da Orta Doğu Texniki Universitetinin (ODTÜ) proqramı əsasında tədris edilən kompüter mühəndisliyi ixtisasını seçməkdə qərarlıdır.

Rektor qəbul imtahanlarında yüksək nəticə göstərmiş abituriyentləri təbrik edib və onlara uğurlar arzulayıb.

22
Vumart və Güvən reklamı Vumart Güvən