Kolleclərə ixtisas seçiminin nəticələri bu gün açıqlanacaq? - RƏSMİ
9 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi 3-9 avqust tarixlərində keçirilib.
İxtisas seçimində iştirak edən namizədləri nəticələrin nə zaman açıqlanacağı maraqlandırır.
Redaktor.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən (DİM) azedu.az-a verilən məlumata görə, ixtisas seçimi başa çatdıqdan sonra qəbulun nəticələri 2-3 gün ərzində elan olunur.
Qeyd edək ki, bu il qeydiyyatdan keçən və müsabiqə şərtlərini ödəyən 24 545 abituriyent ixtisas seçiminə buraxılıb.













