“Universitetlərimiz öz funksiyalarını dəqiq yerinə yetirmədikləri üçün çətinliklərimiz var” - Deputat

 21:02 12.08.2026     657

"Bu gün yetərli imkanlar və fürsətlər var. Gənclər də çalışmalıdırlar. Bu gün gənclik ciddi çağırışlarla üz-üzədir. İş yerləri, düzgün ixtisas, özünü inkişaf etdirmək və s. məsələlər var".

Redaktor.az xəbər verir ki, bu fikirləri deputat Ceyhun Məmmədov öz sosial şəbəkəsində açdığı canlı yayım zamanı bildirdi.

"Gənclər davamlı olaraq özlərinin inkişafına xüsusi önəm verməlidirlər. Davamlı mütaliə və araşdırma lazımdır. Müşahidə etdiyim bir neçə məsələ var. Mütləq şəkildə dünyagörüşünüzü zənginləşdirməlisiniz. Gənclərin bir hissəsi ciddi dar düşüncəyə sahibdirlər. Kitab oxumurlar, tamaşaya getmirlər, araşdırma aparmırlar və s. Dünyagörüşü çox önəmlidir. Dünyada inkişafın əsas meyarı dünyagörüşdür. Düşünməyin ki, universitetə girdim, bitirdim, uğurlu insan oldum. Universitet yetərli deyil. Təəssüf ki, universitetlərimiz öz funksiyalarını dəqiq yerinə yetirmədikləri üçün çətinliklərimiz var".

Aytəkin TOFİQQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən