200 baldan yuxarı nəticə göstərən hər bir şəxs qəbul ola bilər? - DİM sədri AÇIQLADI

 12:55 13.08.2026     1078

“Bu il I ixtisas qrupunun RK altqrupunda plan yerləri 12 710-dur, 200 baldan yuxarı nəticə göstərən abituriyentlərin sayı isə 7 662-dir. Bu o deməkdir ki, 200 baldan yuxarı nəticə göstərən hər bir şəxs qəbul oluna bilər”.

Redaktor.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə DİM-in “YouTube” və “Facebook” səhifələrindəki canlı yayımda məlumat verib.

M.Abbaszadə bildirib ki, I ixtisas qrupundakı 20 150 plan yerinin 75 faizi -15 200 yer dövlət sifarişlidir: “Bu o deməkdir ki, bu ixtisas qrupunda olan peşələrə gələcəkdə tələbat yüksək olacaq. 
150 baldan yuxarı nəticə göstərənlərin sayı 12 622-dir. Yəni 150 baldan yuxarı nəticə göstərənlər də qəbul ola bilərlər”.

Onun sözlərinə görə, RK altqrupunda subbakalvrlara da müəyyən qədər yer qalacaq.

Vumart və Güvən reklamı Vumart Güvən